19 Yanvar 17:41
1 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev bütün müsahibələrində Azərbaycanın qonşu dövlətlərin ərazilərinə hörmətlə yanaşdığını qeyd edir. Ölkəmizin heç bir dövlətə qarşı ərazi iddiasının olmadığı dəfələrlə vurğulanıb. Eyni zamanda ölkə başçısı həm də Azərbaycanın tarixi torpaqları haqqında doğru və cəsarətli fikirlər söyləyib.

Bunu Teleqraf.com-a Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.

“Həqiqət isə odur ki, indiki Ermənistan Azərbaycanın tarixi torpaqlarında yaradılıb. Bunu ermənilər və dünya tarix elmindən məlumatı olan heç kəs inkar edə bilməz. Ona görə də, Azərbaycan Prezidentinin guya Ermənistana qarşı torpaq iddiaları haqqında Nikol Paşinyanın fikirlərinin siyasi, hüquqi, elmi əsası yoxdur. Fakt odur ki, Paşinyan çıxılmaz vəziyyətdədir. O gec-tez Azərbaycanla sülh müqaviləsi imzalamağa, sərhədləri dəqiqləşdirməyə, anklavlarla bağlı məsələni Azərbaycanla həll etməyə məcburdur” - deyə qeyd edib.

Komitə sədri hesab edir ki, Paşinyanın müəyyən dövrlərlə bağlı xəritələri gündəmə gətirməsi məntiqsizdirr:

“O erməni cəmiyyətinin sülhə hazır olmadığını deməklə müxtəlif manipuliyasiyalarla kommunikasiyaların açılmasından qaçır. Belə olduğu halda Paşinyan yanaşmalarına ciddi reaksiya verməyə ehtiyac qalmır. Bu günə kimi onun ciddi bir fikrinə rast gəlinməyib. Hər halda Ermənistan dövləti adından danışmaq səlahiyyəti Paşinyana verildiyi üçün onunla sülh müaqaviləsini razılaşdırmaq reallığı mövcuddur”.

Musa Quliyevə görə, Paşinyanın nə deməsindən asılı olmayaraq sülh müqaviləsi imzalanacaq və digər məsələlər öz həllini tapacaq:

“Ermənistanın alternativ yolu qalmayıb. Bunun əksinə olacaq yanaşmalar Ermənistanın dövlət kimi məhvinə səbə olar. Qarşı tərəf bunu dərk edir. Uzaqdan edilən dəstək təklifləri isə sözdən başqa heç nəyi ifadə etmir. Könüllü şəkildə ermənilər Qarabağı tərk edən zaman onların Fransaya yerləşməsi məsələsinə rəsmi Paris razılıq verməmişdi. Nəhayət erməni tərəfi xilas yolunun qonşularla, Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçdiyini dərk etməlidir. Əməkdaşlığın başlaması ermənilər üçün xeyirli olacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər