23 Aprel 17:20
1 106
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hərbi kontingentinin Azərbaycanı tərk etməsi iki ölkə arasındakı münasibətlərdə gərginlik yarada biləcək amili də yox etdi.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Azərbaycanla bağlı son geosiyasi gəlişmələrə diqqət çəkib:

“ABŞ-nin keçmiş prezidenti Ronald Reyqan 1980-ci illərin ortalarında SSRİ-nin son rəhbəri Mixail Qorbaçovla anlaşma imzalayanda dağınıq rusca rusların məşhur atalar sözünü söyləmişdi: “Doveryay, no proveryay”. Yəni “inan, ancaq yoxla”. Bu ifadə həqiqətən ABŞ - SSRİ münasibətlərinin son illərini xarakterizə edirdi. Azərbaycan Rusiya və SSRİ imperiyaları dövründə çox əziyyətlər çəkdi, torpaqları işğal edildi, ərazilərinin bir hissəsi Ermənistana hədiyyə edildi, separatizm yaradıldı.

Ərazi bütövlüyümüzün təmin edilməsi və Qarabağ üzərində suverenliyimizin bərpasıyla Kremlin separatizm üzərindən Azərbaycana təzyiq aləti ortadan qaldırıldı. Rusiya hərbi kontingentinin Azərbaycanı tərk etməsi iki ölkə arasındakı münasibətlərdə gərginlik yarada biləcək amili də yox etdi. Prezident İlham Əliyevin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü bu atmosferdə keçdi.

Bu arada, İlham Əliyevin ukraynalı həmkarı Vladimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvəti də yerindədir. Vladimir Putin Bakıdakı tədbirə gəlməyəcək. Əks halda, bu tədbirə Qərb ölkələri və beynəlxalq təşkilatın liderləri qatılmazdılar. Zelenskinin İlham Əliyevin dəvətini qəbul edərək ölkəmizə gəlişi Bakının ABŞ və Avropa İttifaqına (Aİ) növbəti mesajı olacaq ki, Azərbaycan Rusiya ilə tərəfdaşlığına baxmayaraq, əvvəlki kimi Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər