14 Aprel 2022 11:56
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

“30 ilə yaxın məcburi köçkünlük həyatı yaşamış həmvətənlərimizin mütləq əksəriyyəti öz doğma yurdlarına qayıtmaq istəyini son vaxtlar keçirilmiş sorğularla bir daha təsdiqləyiblər”.

Teleqraf.com xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı zəfərə aparan yol” adlı kitabın Ön Sözündə yazıb.

Onun sözlərinə görə, “Böyük qayıdış” beynəlxalq prinsiplərə uyğun olaraq təhlükəsiz şəraitdə, ləyaqətli həyat şərtləri təmin edilməklə könüllü şəkildə həyata keçiriləcək: “Məğlub Ermənistanın işğaldan azad edilmiş ərazilərin mina xəritələrini verməkdən uzun müddət imtina etməsi qayıdışın tezliklə reallaşdırılmasına müəyyən dərəcədə əngəl törədir. Bununla belə, Azərbaycan dövləti öz vətəndaşlarının doğma torpaqlara təhlükəsiz qayıdışını təmin etmək üçün zəruri tədbirlər görür”.


Müəllif: Teleqraf.com