8 İyul 2022 12:56
478
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təcrübə onu göstərir ki, İctimai Şuralara təzyiqlər var. Nazirliklər tərəfindən ictimai şuralara təzyiqlər edilir”.

Teleqraf.com verir ki, bunu deputat Etibar Əliyev Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deyib.

Deputat qeyd edib ki, bu təzyiqlərə bəziləri dözüm gətirməyirlər:

“Onlara elə şərait yaradılır ki, fəaliyyət göstərməkdə çətinlik çəkirlər. Müstəqil fəaliyyət göstərməyəcəklərsə, bu, gələcək inkişaf üçün daha çətindir. Bəzi məmurlar İctimai Şuraların inkişafını ümumiyyətlə istəmir, müqavimət göstərirlər. Bir çox hallarda onlarla bağlı xoşagəlməz məlumatlar yayırlar. İctimai iştirakçılığın genişləndirilməsi onlara sərf etmir, çünki bu, şəffaflıqdır”.


Müəllif: Nemət