17 Mart 2023 11:48
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əhaliyə günəş panelləri dövlət tərəfindən satıla bilər

Teleqraf.com verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Sənəddə qeyd edilib ki, son illərdə enerji təminatı məsələsində günəş batereyalarının gətirilməsi və əhaliyə güzəştli şərtlərlə çatdırılması sahəsində görülən işlər davam etdirilib və bərpa olunan enerjinin inkişafına xüsusi töhfə verən “Enerji istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” qanunun icrası çərçivəsində nəzərdə tutulan tədbirlərdən biri də aktiv istehlakçılar üçün dəstək mexanizminin hazırlanması olub. Enerji istifadəçilərinin aktiv istehlakçı rolunda çıxış etməsi kiçik güclü bərpa olunan enerji sistemlərinin tətbiq edilməsində xüsusi rola sahib olacaq. Belə ki, sözügedən dəstək mexanizmi sahibkarlar və vətəndaşlar üçün bərpaolunan enerji mənbələri hesabına istehsal etdiyi elektrik enerjisinin istehlakçıdan artıq qalan hissəsini şəbəkəyə ötürə bilməsini və lazım olduqda isə şəbəkədən geri ala bilməsini nəzərdə tutub. Kütləvi şəkildə bu sistemlərin dövlət tərəfindən güzəştli şərtlərlə əhaliyə satılması məsələsinə bir çox parametrlər nəzərə alınmaqla baxılması, fərdi şəkildə günəş panellərindən kütləvi istifadə zamanı enerji sisteminin təhlükəsizliyinin diqqətdə saxlanılması böyük əhəmiyyət kəsb edir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər