28 İyun 2023 17:34
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları reyd keçirib, 1 sürücü həbs olunub, 5-i cərimələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Teleqraf.com-a bildiriblər ki, aparılan tədbirlər zamanı narkotik vasitələrin təsiri altında avtomobil idarə edən 6 sürücü müəyyən olunub. Həmin şəxslər barəsində qanunvericiliyə uyğun qaydada tədbirlər görülüb. Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Sabirabad Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onlardan biri 15 sutka inzibati həbs edilib, qalanları isə 400 manat məbləğində cərimələnib.

Bundan əlavə, son on gün ərzində yol patrul xidmətinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti qaydalarına riayət olunması və təhlükəsizliyin təmin edilməsi istiqamətində keçirilən monitorinqlər zamanı avtomobili müvafiq sənədləri olmadan idarə edən 64, sərxoş vəziyyətdə idarə edən 27, sərnişindaşıma qaydalarını pozan 24 sürücü də müəyyənləşdirilərək inzibati qaydada məsuliyyətə cəlb olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər