17 İyul 2023 14:28
1 229
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici ölkələrdə (Avropa İttifaqı ölkələri, Amerika Birləşmiş Ştatları, Türkiyə) müxtəlif ixtisaslar üzrə təhsil almış 72 həkim-mütəxəssis TƏBİB-in tabeliyində olan 15 tibb müəssisəsində əmək müqaviləsi əsasında daimi olaraq işə qəbul edilib.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in Strateji təhlil və inkişaf departamentinin Strategiya və layihələr şöbəsinin müdiri Fəqan Həsənzadə deyib.

Onun sözlərinə görə, işə qəbul edilən cərrahi və radioloji profilli ixtisaslardan olan həkim-mütəxəssisin minimum əmək haqqı 6500 manat, terapevtik və pediatrik ixtisaslardan olan həkim-mütəxəssisin minimum əməkhaqqı isə 5000 manat təşkil edib.

Tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə həyata keçirilən “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram”ı yaxın zamanlarda İcbari Tibbi Sığorta Dövlət Agentliyinin idarə heyətinin sədrinin qərarı ilə 1 il müddətinə uzadılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər