Ölkəmizdə səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Hərbi Qənimətlər Parkını ziyarət edib.
Teleqraf.com xəbər verir ki, Ersin Tatara Hərbi Qənimətlər Parkında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri zamanı düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin nümayiş olunduğu barədə məlumat verilib.
Qonaq Azərbaycan Ordusunun sentyabrın 19-20-də Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Şuşa-Xankəndi yolundan götürülən və Bakıya gətirilərək Hərbi Qənimətlər Parkında nümayiş etdirilən tank barədə də ətraflı məlumatdırılıb.
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Hərbi Qənimətlər Parkındakı videozala da baş çəkib, Vətən müharibəsinə dair videoçarxı izləyib.
Sonda "Qarabağ Azərbaycandır!" lövhəsinin qarşısında xatirə şəkli çəkdirilib.