Teleqraf.com xəbər verir ki, mayın 5-də rayonun Şatıroba kəndində yaşayan 77 yaşlı Şəfiqə Tağıyeva evindən qol və ayaq sümüyünün sınığı ilə xəstəxanaya gətirilib.
O, izahatında evində yıxılması nəticəsində xəsarət aldığını bildirib. Şəfiqə Tağıyeva mayın 7-də xəstəxanada ölüb.
Masallı rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla Şəfiqə Tağıyevanın Şatıroba kəndi ərazisində kənd sakini Sübəddin Ağayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillə vurulması müəyyən edilib.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Hacı Zeynalov