Masallı rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, noyabrın 16-da şəhər ərazisindəki inşaat şirkətlərindən birinə məxsus zavoddan 120 metr elektrik naqili oğurlanıb.
Masallı rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sərçuvar kənd sakinləri Zahir Aslanov və Sarvan Hüseynov saxlanılıblar.