12 Aprel 08:57
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Afrikada keşiş kilsədən akkumulyator oğurlamaq istəyən oğrunun əllərini maçete ilə kəsib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Daily Star” yazıb.

Əlləri kəsilən 28 yaşlı Dumisani Mahlanqu 58 yaşlı Solomon Mhlanqın rahibi olduğu kilsənin həyətində sakinlər tərəfindən saxlanılıb.

Onun akkumulyator oğurlamaq istədiyini nəzərə alan şəxslər rahibi çağırıblar. Pastor isə öz növbəsində oğrunu özü cəzalandırmaq istəyib.

Keşiş şübhəlini oğlu ilə birlikdə meşəyə aparıb və onun əllərini kəsib. Kişinin dediyinə görə, pastor və oğlu kəsilmiş əzaların üzərini torpaq və yarpaqlarla örtərək oradan uzaqlaşıblar.

Yaralı yola qaçaraq insanlardan kömək istəyib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Dumisani Mahlanquya 6 dəfə qan köçürülüb. Keşişlə oğlu adam öldürməyə cəhd ittihamı ilə həbs olunub.


Müəllif: Teleqraf.com