Bakıda arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən və bir müddət əvvəl müalicə aldığı xəstəxanada vəfat edən 1988-ci il təvəllüdlü Ramiz Taxvelinin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə Ramiz Taxvelinin ölümü ilə bağlı hadisədən sonra anlamsız vəziyyətdə düşməsi ilə bağlı barəsində olan cinayət işinin dayandırılması ilə bağlı məhkəmə istintaqı yenilənib. İşə baxılası barədə məhkəmə istintaqı təzələnib.
Məhkəmədə məlum olub ki, Ramiz Taxvelinin hüquqi varisi qismində anası tanınıb. Anası Gülarə Məmmədova məhkəməyə ərizə göndərib. O, bu işdə hüquqi varisi qismində tanınmasını istəyib. Amma prosesdə iştirak etmək istəmədiyini qeyd edib. O, bu işlə bağlı narahat edilməməsini xahiş edib.
Hakim bildirib ki, Ramiz Taxveli bu ilin aprelin 3-də müalicə aldığı 1 saylı Ruhi-Əsəb Dispanserinndı ürəyin işemik xəstəliyindən vəfat edib.
Hakim qeyd edib ki, Ramiz Taxvelinin vəfat etməsi ilə bağlı məhkəmə istintaqının təzələnməsi təklif edilir. Prokuror və təqsirləndirilən mərhumun vəkili, həmçinin hüquqi varisin nümayəndəsinin vəkili məhkəmə istintaqının təzələnməsi, ilin araşdırılmasına etiraz etməyiblər.
Hakimlər məhkəmə istintaqının yenidən təzələnməsi barədə qərar qəbul edib.
Məhkəmə baxışı mayın 14-ə təyin edilib.
Qeyd edək ki, 2020-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Ramiz Taxvelinin barəsində olan cinayət işi üzrə icraat dayandırılıb. Ekspertizanın rəyinə görə, Ramiz Taxveli hadisəni törədən zaman anlaqsız olub. Buna görə də o, müalicə alması üçün 1 saylı Ruhi-Əsəb Dispanserinə göndərilib.
Ramiz Taxveli bu ilin aprelində müalicə aldığı xəstəxanada vəfat edib.
İttihama görə, 2018-ci il dekabrın 9-da Nəsimi rayonu, R.Behbudov küçəsində yaşayan Ramiz Taxveli həyat yoldaşı Adelya Taxvelini 14 mərtəbəli binanın 5-ci mərtəbəsinin balkonundan atıb.
Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar zamanı kişinin cinayəti narkotik qəbulu nəticəsində psixi pozğunluq halında törətdiyi müəyyən olunub. Ramiz Taxveliyə məxsus avtomaşına baxış keçirilərkən kibrit qutusunda çəkisi 5.647 qram olan qurudulmuş marixuana aşkar edilib.
İstintaq sənədlərinə görə, Ramiz Taxveli ilk qızı Aliyanın epilepsiya xəstəsi olaraq doğulmasında arvadı Adelyanı daim günahkar bilib və buna görə mütəmadi olaraq mübahisə edib.
O, dekabrın 9-u axşam saat 22 radələrində marixuana qəbul edərək arvadı Adelyanı yuxudan oyadaraq döyüb və işgəncə verib. Daha sonra onu saçından tutub sürüyərək otaqları gəzdirib, uşaqların yatdığı otağa apararaq onlarla vidalaşmağa məcbur edib. Həmin vaxt yataqda olan xəstə qızı Aliyanı götürərək yerə çırpıb.
Bu zaman epilepsiya xəstəsi olan Aliya başından xəsarət alıb. Uşaqlar atalarına yalvarıb və analarını çağırsalar da, Ramiz Taxveli buna əhəmiyyət verməyib.
Adelyanı sürüyərək balkona çıxarıb, orada ayaqlarından tutaraq yuxarı qaldırıb və balkondan aşağı atıb.
Qeyd edək ki, Taxveli Ramiz Pərviz oğlu “Buta Palace”nin art-direktorudur. O, Azərbaycanın Xalq artisti Gülağa Məmmədovun qız nəvəsidir.
Qətlə yetirilən Adelya Taxveli isə “Atəşgah Sığorta” şirkətinin əməkdaşı olub.
İstintaq orqanı tərəfindən Ramiz Taxvelinin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.