28 May 2017 13:18
1 578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meşə və Su İşləri Nazirliyi Cankaya Köşkü və Başnazirlik iqamətgahının bağında ortaya çıxan dəhşətli 12 dişli qabıq böcəklərini məhv etmək üçün sahəyə qırmızı meşə qarışqaları buraxıb.

Teleqraf.com xəbər verir ki, bu üsul gözlənilən faydanı vermədiyi üçün böcəklər kimyəvi tələlərlə məhv ediləcək. Qeyd edək ki, ən təhlükəli zərərverici həşəratlardan sayılan 12 dişli qabıq böcəyi Cankaya köşkü və Başnazirliyi Qara dəniz bölgəsində 1938-99 arasında meşələrin kütləvi qırılmasından sonra, 60-cı illərdən başlayaraq istila edib.

O zamandan bu günəcən onları yox etmək mümkün olmayıb. Ağacları yeyərək qurudan, bir meşəni tək başına yox edə bilən və sürətlə çoxalma imkanına malik 12 dişli böcəklərə qarşı yüz minlərcə qırmızı qarışqa buraxılması da fayda verməyib.


Müəllif: Alpər Cəbrayıl