14 May 21:44
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şuşada mərkəzi küçələrdən birinə Milli Qəhrəman Ramiz Qəmbərovun adı verilib.

Teleqraf.com xəbər verir ki, uzun müddətdən sonra Şuşaya qayıdan ilk sakinlərin yaşadığı evlər məhz bu küçədə yerləşir.

Qeyd edək ki, Ramiz Qəmbərov 2 iyul 1962-ci ildə Şuşa şəhərində anadan olub. R.Qəmbərov 1992-ci ildə könüllü özünümüdafiə batalyonu yaradıb və bu batalyonun başçısı olub. Onun taboru Şuşa şəhərinin, Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular, Göytala kəndlərinin müdafiəsində mərdliklə vuruşub.

29 aprel 1992-ci ildə erməni işğalçıları Kosalar və Kərkicahan kəndləri yaxınlığındakı postlara hücum edən zaman Ramiz Qəmbərovun taboru döyüşə atılıb və bu döyüşdə cəsur komandir ağır yaralanıb. Bir gün sonra isə şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə Qəmbərov Ramiz Bulud oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. O, Şuşada dəfn edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər