10 Mart 2015 10:31
963

"Mənim üçün ideal kişi etibarlı, dürüst, centlmen və qadınlara qarşı necə davranmalı olduğunu bilən biri olmalıdı".

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, "Real"ın ulduz futbolçusu Kriştiano Ronaldodan ayrılandan sonra adı bir neçə məşhur şəxslə yanaşı çəkilən İrina Şayk maraqlı açıqlamalarla diqqət mərkəzinə düşüb.

Rusiyalı model ideal kişinin necə olacağını açıqlayıb və sözlərində Ronaldonun ideal kişi olmadığına işarə vurub:

"Kişilərin bizi bədbəхt edəcəyinə inanmıram. Çünki onlar uşaq deyil, kişidi. Əvvəllər ideal kişimi tapdığımı düşünürdüm, amma belə deyilmiş. Mənim üçün ideal kişi etibarlı, dürüst, centlmen və qadınlara qarşı necə davranmalı olduğunu bilən biri olmalıdı.

Əgər yanlış adamın yanında yer almısızsa, özünüzü çirkin hiss edirsiz. Mən də özümü çirkin və etibarsız hiss edirdim. Dürüst və qadınlara sədaqətli kişiləri sevirəm".

Rüstəm


Müəllif: