25 İyul 2015 14:32
384

Bu gün 2015/2016-cı tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanı Bakıda böyük tıxaca səbəb olub.

Trend-in əməkdaşının verdiyi məlumata görə, hazırda Bakı Dövlət Universitetinin qarşısında Bəxtiyar Vahabzadə küçəsi boyunca böyük tıxac yaranıb.

Tıxacın yaranmasına səbəb isə imtahana gələn abituriyentlərin yaxınlarının avtomobillərini qadağan olunmuş yerlərdə saxlayaraq küçə ilə hərəkət edən avtomobillərə maneçilik törətməsidir.


Müəllif: