4 May 12:12
1 375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Prezidenti Salome Zurabişvili Avropa Şurasının rəhbəri Şarl Mişellə telefon danışığı zamanı parlamentdə müzakirə olunan “Xarici agentlər haqqında” qanun layihəsinin Avropa Birliyinə (AB) inteqrasiyaya mane olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan prezidentinin administrasiyası məlumat yayıb.

“Avropa Şurasının rəhbəri ilə uzun sürən telefon danışığı zamanı Gürcüstan prezidenti ölkədə baş verən hadisələri, ölkənin Avropaya inteqrasiyası və ona mane olan amilləri, xüsusən də hakim partiya tərəfindən təqdim olunan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini müzakirə edib”, - açıqlamada deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu