26 May 2017 10:46
1 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədəki otellərdən birində oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini olan bir qadının çantasından 1000 manat dəyərində qızıl əşyalar oğurlanıb.

Nizami rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Sevinc Quliyeva saxlanılıb.

Sevinc Quliyevanın oteldə xadimə işlədiyi bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov