24 İyun 2017 18:42
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində oğurluq edən şəxs məsuliyyətə cəlb edilib.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 30-da Məcnəddin Rəhimovun həyətyanı sahəsindən velosiped oğurlamaqda şübhəli bilinən şəhər sakini Kamil Orucov tutulub.

Onun car ilin yanvar ayından may ayınadək olan müddətdə şəhər ərazisində 2 avtomobildən, 2 evdən, 1 mağazadan, 2 nəfərin çantasından, əyləncə mərkəzlərindən birindən, 2 həyətdən və 1 mebel sexindən velosiped, mobil telefon, təkər, akkumulyator, danışıq kartları, elektrik naqili, geyim və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Kamil Orucovun əvvəllər məhkum olunduğu bildirilir.


Müəllif: Hacı Zeynalov