16 Noyabr 2017 13:12
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Dürrə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrlik etdiyi iclasda prokuror ittiham aktını elan edib.

İttihama görə, Xətai rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1975-ci il təvəllüdlü Dürrə İsmayılova saxlanılıb.

Xətai rayonu ərazisində lombard işlədən Dürrə İsmayılova xeyli sayda vətəndaşın girov qoyduğu əmlakları mənimsəyib. Onun vətəndaşlara ümumilikdə 300 min manatdan çox ziyan vurduğu iddia olunur.

Məhkəmədə ifadə verən Dürrə İsmayılova özünü qisməm təqsirli bilib.

Növbəti proses noyabrın 28-də davam edəcək.


Müəllif: Hacı Zeynalov