"Heç bir ölkə bir-birinə bizim qədər yaxın deyil. Çünki biz dost deyil, qardaşıq! İki dövlətin, amma bir millətin sənətçisi olduğum üçün fəxr edirəm"
Teleqraf.com-un məlumatına görə, bu sözləri hazırda Türkiyədə yaşayan müğənni Azərin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etdiyi konsert proqramından sonra İnstaqram səhifəsində izləyiciləri ilə bölüşüb.
Fotoşəkil paylaşan sənətçi iki ölkə arasında birliyin əbədi olmasını arzulayıb: "Soykökü bir, dili, dini və tarixi olan türk millətiyik. Allah birliyimizi əbədi qılsın!”