2 May 21:22
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Helsinkidə Türkiyə, İsveç və Finlandiya arasında Daimi Birgə Mexanizmin altıncı iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, İsveç və Finlandiya nümayəndə heyətləri başda PKK terror təşkilatı olmaqla Türkiyəyə qarşı təhdidlərlə mübarizəyə hərtərəfli dəstək verəcəklərini, eyni zamanda, PYD/YPG və FETÖ terror təşkilatlarına dəstək verməyəcəklərinə dair öhdəliklərini bir daha təsdiqləyiblər.

Qeyd edilir ki, Daimi Birgə Mexanizm NATO-nun Madrid Zirvə Toplantısından əvvəl Türkiyə, Finlandiya və İsveç arasında 28 iyun 2022-ci ildə imzalanmış Üçtərəfli Memorandum çərçivəsində yaradılıb. Helsinkidə baş tutan görüş Finlandiya və İsveçin NATO-ya üzvlüyünə qəbulundan sonra mexanizm üzrə ilk iclasıdır.


Müəllif: Teleqraf.com