10 İyun 2022 18:26
1 708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən “M. Teatrı”da “Vidalaşmadan getməyin” tamaşasının ictimai baxışı keçirilib.

Teleqraf.com xəbər verir ki, Qanun Nəşrlər Evinin binasında fəaliyyətə başlayan teatrda bundan sonra müntəzəm tamaşalar nümayiş olunacaq.

Teatrın rəhbəri, Xalq artisti Vidadi Həsənov “M.Teatr”ın tarixi barədə qısa məlumat verib. Qanun Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu qısa vaxt ərzində tamaşa zalının işlək hala gətirilməsindən danışıb.

Daha sonra Vidadi Həsənovun quruluş verdiyi Rövşən Ağayevin “Vidalaşmadan getməyin” monotamaşası nümayiş olunub. “Bəlkə mən heç yaşamamışam?!” sloqanı ilə təqdim olunan tamaşada aktyor Oktay Mehdiyev rol alıb.

Tamaşanın bəstəkar Vüqar Məmmədzadə, rəssamı Ülkər Əliyeva, rejissor köməkçisi Səbinə Əliyevadır.

“Vidalaşmadan getməyin” tamaşasının premyerası 11-12 iyun, saat 18-də Qanun Nəşrlər Evinin (Tbilisi pr. 76) üçüncü mərtəbəsində keçiriləcək.


Müəllif: Nərmin