27 Noyabr 2022 01:44
3 178
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Qurban İsmayılov “Mərmər soyuğu” filmindəki roluna görə Tallin Qara Gecələr Film Festivalında (PÖFF) "Ən yaxşı aktyor" nominasiyası üzrə qalib olub.

Teleqraf.com xəbər verir ki, bu barədə filmin prodüserlərindən biri Fariz Əhmədov məlumat verib.

Qeyd edək ki, "Mərmər soyuğu" festivalın əsas müsabiqə proqramında iştirak edən ilk Azərbaycan filmidir.

Film Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, “Arizona Productions” (Fransa), Bakı Media Mərkəzi və İctimai TV-nin birgə istehsalıdır.

Ekran əsəri uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Uzun sürən həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına düzən verməyə çalışır.

Filmin rejissoru Asif Rüstəmov, prodüserləri Fariz Əhmədov, Orman Əliyev, Guillaume de Seille, Balakişi Qasımovdur.

Filmdə rolları Qurban İsmayılov, Elşən Əsgərov, Natavan Abbaslı canlandırıblar.

Məlumat üçün bildirək ki, Tallin Qara Gecələr Film Festivalı Avropanın A kateqoriyalı festivallarındandır. Festivalda 70-ə yaxın müxtəlif ölkədən 1500-dən çox kino mütəxəssisi və jurnalisti bir araya gəlir.

Festival hər il 80 000-dən çox tamaşaçı cəlb edərək 250-dən çox film, oxşar sayda qısametrajlı film və animasiya nümayiş etdirir.


Müəllif: Nərmin

Oxşar xəbərlər