“Karyerama başlayanda bəzi insanlarla tanış oldum. Onlar mənə həmişə deyirdilər: "Subay olmalısan, tək qalmalısan, gənc qadınların heyranlığını qazanmalısan". Amma mən belə hiss etmirdim və içimdən “Kimə nə?” deyirdim”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə film və serial sektorunun son illər parlayan aktyoru Səlahəttin Paşalı qatıldığı Yutub verilişində deyib.
“Onsuz da mən şou adamı deyiləm, ona görə istədiyimi edə bilərəm. Məni qəlibə salmanıza ehtiyac yoxdur. Ailə qurmağım da, ata olmağım da eyni şəkildə oldu”, - aktyor bildirib.
İş və ailə həyatı ilə bağlı səmimi açıqlamalar verən aktyor qız övladının dünyaya gəlməsindən sonra həyatının dəyişdiyini deyib.
“Həyat yoldaşım sosial media işlədir və bu barədə orada açıqladığı üçün mən də rahat danışa bilirəm, evliliyi sürətləndirməyimizin səbəbi yoldaşımın yumurtalıqlarında olan problem idi. Həkim dedi ki, kritik nöqtəyə yaxınlaşırsan, övlad sahibi olmaq istəyirsənsə, bunu indi eləməlisən. Biz də yoldaşımla oturub danışdıq və qərar verdik. Əslində həmin gün evləndik. Və mən karyeram haqqında heç düşünmədim.
İlk dəfə aşiq olmağa cəsarət edən bir insanla idim. Çünki həmişə həyatımı nəzarətdə saxlamışam. Onunla birlikdə həyat qarşıma yeni nələrsə çıxardı. Biz birlikdə qərar verdik və bir yola başladıq.
Cəsarət etmədikcə özümü həmişə təkrarlanan bir dairənin içində hiss edirdim. Xoşbəxtəm, önümdə yeni bir pəncərə açıldı. Mən ər olmağa alışmamış ata oldum. Həyatıma yeni məsuliyyət yükləndi. Bir idim, iki olduq, iki idik, üç olduq. Və bu, böyük üçlükdür. Əslində özü balacadır, amma hər şeyi ilə böyükdür.
Əcaib duyğudur, amma şükür ki, bu bizə nəsib oldu. Digər tərəfdən hazırda çox stresli dönəmdəyəm. Düşünürəm ki, bunun öhdəsindən gəlməli və mərhələni aşmalıyam. Çox hissələrə bölünmüşəm: mən ər olmalıyam, ata olmalıyam, işləməliyəm. Faktiki işləyə bilirəm, evdə uzağı saat 10-da yatmalıyıq. 9-da uşağı yatızdırırıq, 1 saat vaxtımız qalır. O qədər yorğun oluruq ki…
İşləməyə, roluma lazımınca hazırlaşmağa vaxtım çatmır. Mənə həvalə olunan obrazı oynaya bilmərəm deyə içimdə vurnuxub qalıram. Birtəhər bu məsələni həll edəcəm, bir yol tapmalıyam, tapacam da…”
Qeyd edək ki, Səlahəttin Paşalı Lara Tümerlə 2022-i ilin aprelində ailə qurub. Cütlüyün bir qız övladı var.