19 İyul 2023 13:52
1 310
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur "Dekster" və "Məxfi materiallar" seriallarının rejissoru amerikalı Robert Liberman 75 yaşında vəfat edib.

Teleqraf.com “The Hollywood Reporter”ə istinadla xəbər verir.

Rejissor iyulun 1-də dünyasını dəyişib, lakin bu, indi məlum olub.

Xəbəri rejissorun oğlu Nik Liberman yayıb.

Liberman McDonald's, Hallmark və Oreo kimi şirkətlər üçün televiziya reklamları hazırlayıb və prezident Klinton, Rey Çarlz və Cerri Lyuisdən tutmuş Maykl Cordan, Enn Hetvey və Kenan Tomsona qədər bir çox məşhur simalarla işləyib.


Müəllif: Pərvin Cəfərova