31 Yanvar 01:42
1 307
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyalı aktrisa Jandira Martini vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə aktrisanın sənət dostu özünün sosial media hesabında yazıb.

78 yaşında vəfat edən aktrisanın ölüm səbəbi qeyd olunmasa da, bir müddət əvvəl onkoloji xəstəlikdən əziyyət çəkdiyi deyilirdi.

Qeyd edək ki, Jandira Martini Azərbaycan tamaşaçısına "Klon" serialındakı Zorayde obrazı ilə tanışdır. Sözügedən serial digər aktyor və aktrisalar kimi Martiniyə də dünya şöhrəti qazandırıb.


Müəllif: Teleqraf.com