“Dostluq” kinoteatrının sökülməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndələri aidiyyəti qurumların əməkdaşları ilə birgə tikiliyə baxış keçiriblər.
Dövlət Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, binanın qorunması, qəzalı vəziyyətə düşmüş memarlıq elementlərinin bərpası, eləcə də binada möhkəmləndirmə işlərinin aparılması planlaşdırılıb:
“Azadlıq prospekti 76 ünvanında yerləşən “Dostluq” kinoteatrının binası dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil deyil. Kinoteatrın binası xüsusi mülkiyyətdədir”.
Məlumatda o da vurğulanıb ki, 1952-ci ildə inşa olunan tikilinin tarixi əhəmiyyəti nəzərə alınaraq daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilməsi ilə bağlı təkliflərə baxılır.