20 Aprel 2017 13:57
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda dislokasiya olunmuş Rusiya hərbi bazasında xidmət edən itkin rus hərbçisi tapılıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə TASS-a Ermənistan polisindən məlumat verilib.

Müqavilə əsasında xidmət edən 35 yaşlı Dmitri Loşmanov Gümrüdəki Muş yaşayış məhəlləsindəki mənzillərin birində tapılıb. O, hazırda polis bölməsinda saxlanılır və itkin düşməsinin səbəbləri araşdırılır.

“Onun üzərində zorakılıq əlamətləri aşkar olunmayıb”, - hüquq-mühafizə orqanlarından bildirilib.

Rusiya hərbi bazasından isə deyilib ki, müqavilə əsasında xidmət edən hərbçi hərbi hissədən kənarda yaşayır. O, aprelin 18-də səhər düzülüşünə gəlməyib, aprelin 19-da Ermənistan polisi onun barəsində axtarış elan edib.

Qeyd edək ki, Rusiyanın hərbi bazası Moskva və İrəvan arasında 1995-ci ildə imzalanmış dövlətləarası sazişə uyğun olaraq Ermənistanda dislokasiya olunub. Hərbi bazanın əsas hissəsi ölkənin şimal-qərbindəki Gümrü şəhərində yerləşir.

Səxavət


Müəllif:

Oxşar xəbərlər