Yaponiyanın Kyusyu adasının Fukuoka şəhərinin polisi 380 milyon iyeni (3.5 milyon dollara yaxın) oğurlamaqda şübhəli bilinən üç nəfəri axtarır.
29 yaşlı kişi ezamiyyətdə olarkən Mizuho bankının bölməsindən pulu çıxararaq çemodana yığır. Sonra pullarla öz maşına əylən vaxt ona iki nəfər yaxınlaşaraq, sifətinə naməlum məhlul töküb və çemodanı götürüb qaçıblar.
Maraqlısı odur ki, pulla dolu çemodanın ağırlığı 38 kiloqrama yaxın olub. Hazırda polis müşahidə kamerasını incələyir və şahidləri dindirir.