29 Aprel 2017 09:12
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Trampın kabinetində işlədiyi masanın üzərindəki qırmızı düymə neçə müddətdir ki, ciddi müzakirə mövzusudur. Prezidentin bu qırmızı düyməni nə zaman və hansı məqsədlə istifadə etdiyi də bəlli deyil.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, dünyanın əksər siyasətçiləri, təhlükəsizlik mütəxəssisləri düşünür ki, prezidentin masasında olan qırmızı düymə nüvə silahını işə salmaq, bir nömrəli həyəcan siqnalı vermək məqsədilə üçün istifadə edir.

Lakin bəlli olub ki, prezident masasında olan qırmızı düymə bu məqsədlə istifadə edilmir.

“Associate Press”in Tramla müsahibə edən jurnalisti Julian Pake bildirib ki, prezident masasında olan qırmızı düyməni basanda Ağ-Evdə xidmətçi birinci şəxsə kola gətirir.

Bununla da bəlli olub ki, uzun illərdir ki, Ağ-Evdə əyləşən prezidentlər qırmızı düyməni basanda guya nüvə texnologiyasının istifadə edildiyi haqda iddialara son qoyulub.

Cavad


Müəllif:

Oxşar xəbərlər