Konqo Demokratik Respublikasının şimal-şərqində torpaq sürüşməsi nəticəsində 40 nəfər həlak olub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə dünən İturi əyalətində Albert gölünün qərb sahilində balıqçı kəndində güclü yağışlar nəticəsində baş verib. İturi əyalətinin vitse-qubernatoru Pasifika Keta sürüşmə nəticəsində azı 40 nəfərin öldüyünü deyib.