Sakit okeanın Yaponiya sahillərində güclü zəlzələ baş verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, zələlə Rixter şkalası ilə 6,2 bal gücündə olub.
Yeraltı təkanlar Yaponiyanın bir çox bölgələrində hiss olunub.
Zəlzələnin episentri Tokiodan 350 kilometr cənubda, Aoqasima adasında, yerin 20 kilometr dərinliyində yerləşib.
Dağıntı və tələfat olmayıb.