İŞİD-ə qarşı hərbi əməliyyatlar aparan beynəlxalq koalisiya qüvvələri son üç həftə ərzində İraq və Suriyada terrorçuların üç liderini məhv edib.
Teleqraf.com xəbər verir ki, bu barədə koalisiyanın məlumatında bildirilir.
Qeyd olunur ki, son əməliyyatlar İŞİD-in dayaqlarını ciddi şəkildə sarsıdıb. Terrorçular havadan endirilən zərbə nəticəsində məhv ediliblər.