ABŞ prezidenti Donald Tramp təhlükəsizlik üzrə müşaviri Herbert Makmasteri istefaya göndərib.
Teleqraf.com-un məlumatına görə, ABŞ lideri bu barədə öz Tvitter hesabında yazıb.
Makmasteri ABŞ-ın BMT yanında keçmiş daimi nümayəndəsi Con Boltonun əvəz edəcəyi bildirilir.
«9 aprel 2018-ci il tarixindən etibarən Con Boltonun təhlükəsizlik üzrə yeni müşavirim olacağı barədə xəbər verməyə şadam. General Makmasterə gördüyü işlərə görə minnətdarlığımı bildirirəm», - deyə o öz Tvitter hesabında yazıb.