23 Aprel 2019 08:25
430
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp iyun ayında Böyük Britaniyaya dövlət səfəri edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.

Bildirilir ki, Tramp səfər zamanı Bukinqem sarayını ziyarət etmək niyyətindədir.

Bundan əlavə, Amerika lideri iyunda həmçinin Fransaya səfəri planlaşdırılır.

Trampın Britaniyaya bundan əvvəlki səfəri 13 iyul 2018-ci il tarixinə təsadüf edib.


Müəllif: Teleqraf.com