26 Yanvar 2021 22:49
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın xarici işlər naziri David Zalkaliani koronavirusa yoluxub.

Teleqraf.com xəbər verir ki, bu barədə gürcü nazir “Facebook” səhifəsində yazıb.

“Yanvarın 23-də yoluxmuş şəxslə təmasdan sonra özünütəcrid rejiminə keçmişdim. PCR testi verdim və məndə COVİD təsdiqləndi”, - deyə Zalkaliani bildirib.

Onun sözlərinə görə, xəstəliyi yüngül keçirir və ev şəraitində müalicə olunacaq.


Müəllif: Teleqraf.com