General Xəlifə Haftarın komandanlığındakı qiyamçı Liviya hərbi qüvvələri Türkiyə ilə bağlı açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, qiyamçıların dəniz qüvvələrindən verilən açıqlamada Türkiyə gəmilərinin Binqazi limanına girişinə etiraz etmədikləri bildirilib.
“Türkiyə bayrağı altında üzən ticarət gəmilərinin qanuni prosedur və qaydalara uyğun olaraq limanlarımıza girişinə etirazımız yoxdur”, - açıqlamada qeyd edilib.
Xəlifə Haftar 2019-cu ilin iyun ayında öz qüvvələrinə Liviya sularına daxil olan Türkiyə gəmilərinin hədəfə alınması üçün təlimat vermişdi.