Antalyanın Qazipaşa, Mərsinin Silifkə və Muğlanın Bodrum rayonlarında meşə yanğınları nəzarət altına alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdəmirli açıqlama verib.
Nazirin sözlərinə görə, 28 iyul - 1 avqust tarixləri arasında baş verən 112 meşə yanğınından 107-si nəzarət altına alınıb.
Davam edən 5 yanğının qarşısının alınması üçün işlər davam edir.
Pakdəmirli Mərsinin Silifkə, Muğlanın Bodrum və Antalyanın Qazipaşa rayonlarında iki gündür davam edən yanğınlarının nəzarətdə olduğunu açıqlayıb.