Ötən cümə günü Kosovo və Albaniya hökumətləri arasında mühüm görüş keçirilib.
Teleqraf.com xəbər verir ki, iki ölkənin baş nazirlərinin birgə görüşündən sonra açıqlama verən Albaniya hökumətinin başçısı Edi Rama ölkəsi və Kosovonun birləşməsinə “Hə” səsi verəcəyini bildirib.
Serbiya mətbuatı baş nazirin açıqlamasına manşetlərdə yer verib.
Serb mətbuatı Albaniya və Kosovonun birləşəcəyi qərarının verildiyi, amma bunun nə vaxt baş verəcəyinin məlum olmadığını yazıb.
Rama isə birləşmə ilə bağlı referendumda “Hə” səsini verəcəyini bildirib: “Bu, belə də olacaq. Nə vaxt, necə bilmirəm, amma bir gün olacaq”.
Kosovo Baş naziri Albin Kurti də milli birliyin hər iki tərəfin ümumi maraqlarını əks etdirdiyini bildirib.