8 Dekabr 2022 10:50
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya lideri Vladimir Putin şərait yaradır ki, Ukraynada müharibə, ardınca işğalda saxlamaq prosesi uzun çəksin.

Teleqraf.com xəbər verir ki, Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri bu qənaətə gəliblər.

Vətəndaş cəmiyyətinin inkişafı və İnsan Haqları Şurası ilə görüşü zamanı Putin deyib ki, Rusiyada “xüsusi əməliyyat” adlandırılan Ukrayna müharibəsi uzun proses ola bilər və yeni ərazilər Rusiya üçün mühüm nəticədir.

Bundan əlavə, analitiklər qeyd ediblər ki, bu görüşdə Putin özünü rus çarı Böyük Pyotrla müqayisə edib və Rusiyanın hazırda çarın mübarizə apardığı Azov dənizinə nəzarət etdiyini bəyan edib:

“Rusiya imperiya tarixinə bu istinad Putinin Ukraynadakı hazırkı məqsədlərini açıq şəkildə imperialist və hələ də maksimalist kimi təsvir edir. Putin Rusiyanın daxili auditoriyasını Ukraynada uzun sürən, yorucu müharibəyə hazırlayır, məqsədi Ukraynanın yeni ərazilərinin zəbt edilməsidir.

Putinin imperialist bəyanatları müharibənin uzanmasına əlavə şərait yaradır. Analitiklər Rusiyanın informasiya məkanının onları müsbət qəbul etdiyini qeyd ediblər. Putinin açıqlamalarını şərh edən rusiyalı bloqçulardan biri Ukraynanı Suriya ilə müqayisə edərək qeyd edib ki, rus qoşunları döyüş meydanında qələbələri əməliyyatın başlanmasından yalnız illər sonra hiss etməyə başlayıb.

Görünür, Putin hücum əməliyyatlarını qısa müddətə dayandırmaqla, hətta Rusiya imperiyasının bu və ya digər formada bərpası da daxil olmaqla, getdikcə daha çox aydınlaşdırdığı məqsədlərindən geri çəkilməklə, daxili impulsunu itirmək riskinə girmək istəmir".


Müəllif: Nemət

Oxşar xəbərlər