21 Dekabr 2022 11:00
1 311
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden bu gün Ukrayna üçün “Patriot” müdafiə sistemləri də daxil olmaqla, təxminən 2 milyard dollarlıq yeni hərbi yardım paketini elan edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ mediası rəsmi mənbələrə istinadən məlumat yayıb.

“Prezident Bayden Ukrayna üçün ümumi məbləği təxminən 2 milyard dollar olan yeni böyük təhlükəsizlik yardım paketini elan edəcək. Bura çox vacib yeni silah – “Patriot” raket batareyası daxil olacaq. Üçüncü ölkələrdən birində Ukrayna hərbçilərinə “Patriot” raket batareyasından istifadə etməyi öyrədəcəyik”. – mənbə bildirib.

Məlumatda qeyd edilib ki, ABŞ Ukraynaya qoşun yeritməmək və Rusiya ilə birbaşa qarşıdurmaya getməmək qərarını dəyişməyəcək və Kiyevə ötürülən “Patriot”lar Ukrayna silahlı birləşmələrinin nəzarəti altında olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər