8 Yanvar 2023 16:22
1 640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistan rəhbəri Ramzan Kadırov Qərbin Ukraynaya yardımını “çirkli pulların yuyulması sxemi” adlandırıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə Teleqram kanalında yazıb.

“Görürəm ki, bəziləri Ukraynaya xarici yardımdan narahatdır. Narahat olmayın. Bu, çirkli pulların yuyulması sxemidir. Qərbdən və Ukraynadan olan məmurlar bu vəsaitləri talayacaqlar və ümumi dəstəyin 15 faizdən çoxu səngərlərə çatmayacaq”, - Kadırov qeyd edib.

Bundan əlavə, Kadırov əlavə edib ki, hazırda “Rusiya ərazisi”ndə (Donbas, Xerson, Xarkov) hərbi əməliyyatların getməsindən narahat olmağa dəyər:

“Bu həmin bölgələrimizdir ki, sakinləri Ukrayna və NATO nasistlərinin şeytani əməllərindən qorumaq üçün dövlətimizin bir hissəsi olmaq istəyirdilər”, - o vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu