Avropa İttifaqı ölkələrində təlim keçən ukraynalı əsgərlərin sayı 40 minə çatıb, yayın sonuna qədər bu rəqəmin artması barədə razılığa gəlinib.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Aİ ölkələrinin müdafiə nazirlərinin Brüsseldə keçirilən qeyri-formal görüşünün yekunlarına dair mətbuat konfransında deyib.
"Biz Ukraynadakı təlim missiyamız vasitəsilə təlim keçmiş 40 min Ukrayna əsgəri hədəfinə demək olar çatmışıq. Bu gün biz əlavə 20 min əsgərə təlim keçmək barədə razılığa gəldik və yayın sonuna qədər təlim keçmiş əsgərlərin sayı 60 minə çatacaq. Bilirsiniz ki, yaxşı təlim döyüş meydanında insanların həyatını xilas etmək deməkdir", - Borrell bildirib