16 Mart 20:54
869
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbin Ukraynada münaqişənin inkişafı üçün iki ssenarisi var.

Teleqraf.com xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç bildirib.

“Ya Qərb Rusiya ilə tamhüquqlu münaqişə yolunu tutacaq, ya da ABŞ və Çinin köməyi ilə hansısa barışıq əldə olunacaq ki, bu da dünya üçün böyük rahatlıq deməkdir”, - qeyd edib.

Onun sözlərinə görə, Rusiya ilə Qərb arasında birbaşa münaqişədən heç kim fayda görməyəcək və insan itkiləri baxımından nəticələr İkinci Dünya müharibəsi dövründəkindən daha ciddi ola bilər: "100 gün ərzində Qərbin hansı ssenarini seçəcəyi bəlli olacaq".


Müəllif: Teleqraf.com