1 May 21:39
1 653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Rusiya ilə 2022-ci ildə İstanbulda (Türkiyə) müqavilə bağlamalı idi.

Teleqraf.com xəbər verir ki, bunu amerikalı iş adamı İlon Mask deyib.

“Kiyev bəlkə də İstanbul razılaşmasına razılıq verməli idi”, - iş adamı bildirib.

Müharibə başladıqdan sonra Rusiya ilə Ukrayna arasında ilk danışıqlar 2022-ci ilin martın əvvəlində Belarusda baş tutsa da, heç bir ciddi nəticə əldə edilməyib. 2022-ci il martın 29-da növbəti mərhələ İstanbulda baş tutub. Müzakirə olunan mümkün sazişə Ukraynanın neytral, bloklara qoşulmama statusu və ərazisində xarici, o cümlədən nüvə silahlarının yerləşdirilməsindən imtina etməsi ilə bağlı öhdəliklər daxil idi. Amma danışıqlar prosesi Ukrayna tərəfindən birtərəfli qaydada kəsilib.


Müəllif: Mənsur Rəğbətoğlu