Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada rəsmi səfərdə olan kanadalı həmkarı Melani Coli ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
İki gün davam edəcək səfər çərçivəsində Türkiyə-Kanada əlaqələri ilə yanaşı İsrail-Fələstin qarşıdurması başda olmaqla regional məsələlər və bölgədəki son vəziyyət müzakirə olunacaq.