2 May 08:28
309
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Çin arasında ticarət əlaqələri üçüncü ölkələrin müdaxiləsinə məruz qalmamalıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə Çinin Vaşinqtondakı səfirliyinin katibi Liu Penqyu TASS-a bildirib.

Onun sözlərinə görə, Çin və Rusiya arasında ticarət-iqtisadi qarşılıqlı fəaliyyət Ümumdünya Ticarət Təşkilatının qaydalarına və bazar prinsiplərinə uyğundur.

Bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirmişdi ki, Çin ABŞ-nin Tayvana yardım paketi təqdim etməsinə qəti şəkildə qarşıdır.

Çünki bu, Çin-Amerika əməkdaşlığına ciddi maneələr yaradır.


Müəllif: Teleqraf.com