2 May 11:12
1 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusunun aylardır hücum etdiyi və artilleriya atəşinə tutduğu Çasiv Yar şəhəri bu gün işğal altındakı Baxmut və Avdiv şəhərlərinin xarabalıqlarını xatırladır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Associated Press” (AP) yazır.

Agentlik bildirir ki, şəhər demək olar yer üzündən silinib, salamat bir bina qalmayıb, evlər və digər tikililər darmadağın edilib, yandırılıb. Rusiyanın hücumları nəticəsində vaxtilə 12 min insanın yaşadığı şəhər praktiki olaraq boşalıb.

“Strateji əhəmiyyətli şəhər bir neçə aydır Rusiya qoşunlarının hücumuna məruz qalır. Şəhərin ələ keçirilməsi Rusiyaya bölgəyə buraların ən yüksək nöqtəsindən nəzarət imkanı verəcək. Ruslar buradan Ukraynanın şərqdəki müdafiəsinin əsasını təşkil edən digər şəhərlərə hücum edə bilər”, - AP vurğulayır.

Agentlik əlavə edir ki, mənzərə Rusiyanın iki ildən artıqdır davam edən müharibə zamanı istifadə etdiyi “yandırılmış torpaq taktikası”nı göstərir.

Şəhərdən videogörüntü:


Müəllif: Mənsur Rəğbətoğlu