2 May 10:58
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə bütün gözlər bu gün Prezident Rəcəb Tayyib Ərdoğanla Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl arasında keçiriləcək görüşə yönəlib.

Teleqraf.com xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyası (AKP) və CHP liderləri 2016-cı ildən sonra ilk dəfə görüşəcək.

Ərdoğanla Özəli bir araya gətirən proses CHP liderinin prezidentı bayram təbriki zəngi ilə başlayıb. Türkiyə Böyük Millət Məclisinin yaranmasının 104-cü ildönümü münasibətilə aprelin 23-də keçirilən qəbulda Ərdoğanla Özəl arasında qısa görüş olmuşdu.

Bakı vaxtilə saat 17:00-da AKP-nin qərargahında başlayacaq görüşün əsas gündəm maddəsi Konstitusiya dəyişikliyidir.

Görüşdə Qəzzadakı durum və daimi sülhə nail olmaq yönündə Ankaranın atdığı addımların da dəyərləndiriləcəyi gözlənilir. Görüşdə Özgür Özəlin Fələstinlə bağlı liderlərə yazdığı məktub və yaxın günlərdə Fələstinə səfəri barədə danışacağı da bildirilir.

AKP və CHP liderlərinin görüşündə sosial-iqtisadi problemlər də gündəmdə olacaq.

Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə açıqlamasında belə demişdi:

“CHP-nin də dəyişikliyə (Konstitusiya) dəstək verə biləcəyinə inanıram”.


Müəllif: Mənsur Rəğbətoğlu